
Atası azərbaycanlı olan Ramil Şeydayevin Azərbaycan millisində oynamaq variantı hələ də müzakirə olunur. Şimal qonşularımızda hətta bildirənlər var ki, Rusiyanın 21 yaşadək millisinin və "Trabzonspor"un hücumçusunun Azərbaycan pasportu olmamış bu yığmada oynaması qeyri-mümkündür.
Qaynarinfo.az xəbər verir ki, bu məsələ ilə bağlı AFFA-nın administratoru Riad Rəfiyev fikirlərini bildirib. Məlum olur ki, onun Rusiya ilə yanaşı, Azərbaycan pasportu da olubmuş:
"Ramil Şeydayevin işi ilə bağlı Rusiya KİV-də çox yazılar yazıldığından və xalqda çaşqınlıq yarandığından, bu barədə qısa şərh vermək istəyirəm. Mixail Prokopets adlı hüquqşünas müsahibə verib ki, Ramil Şeydayev Azərbaycan pasportuna malik olmadığından, onun Azərbaycan yığmasında oynamaq hüququ yoxdur. Cənab hüquqşünasdan soruşmaq istəyirəm. O hardan bilir ki, Ramilin pasportu var, ya yoxdur? Bəlkə siz bütün ömrü boyu Şeydayevin yanında olmusunuz? Onun həyatını izləmisiniz? Sizə təəssüflə demək məcburiyyətindəyəm ki, Şeydayevdə pasport var və bu onda hələ Rusiya yığmasına çağırılmamışdan qabaq olub. Pasport Ramilin atasında da var. Üstəlik, hamıya məlumdur ki, Ramilin atası Azərbaycanda doğulub. Əgər Azərbaycan pasportu olmasaydı, FİFA heç bu işə baxmazdı da..."
Qaynarinfo.az