
"Real"ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Joze Mourinyo və hücumları Kriştiano Ronaldo ilə bağlı önəmli açıqlamalar verib.
Qol.Az-ın verdiyi məlumata görə, klub rəhbəri baş məşqçi Joze Mourinyo ilə yolları ayırmaq istəmədiyini deyib: "Real" bu mövsüm möhtəşəm çıxış edir. Çempionlar Liqasında və Kral kubokunda uğurla oynayırıq. Madrid klubunun prezidenti olmaq mənim üçün çətindir. Mourinyo üçün də bu klubun baş məqşçisi olmaq asan deyil. Aramızda mübahisələr ola bilər, ancaq münasibətləri kəsməməliyik. Tənqidlər bizə kömək edəcək".
Peres klubun hücumçusu Ronaldo ilə müqavilənin uzadılacağını da bildirib: "Madridlilər rahat olsun. Ronaldo ilə müqaviləni yeniləyəcəyik".
"Real"ın prezidenti klubun əfsanəvi futbolçusu Raul Qonzales haqqında da danışıb. O bildirib ki, ispaniyalı futbolçu Madridə geri dönəcək: "Raul heç bir zaman buradan ayrılmayıb.Sadəcə bir müddətliyə Almaniya və Qətərə gedib. Bura onun evidir və o, geri dönəcək”.
Qaynar.info