Xəbər lenti

"Real" və "Qalatasaray" yenidən oynayacaq
İdman10:52 13.04.2013

"Real" və "Qalatasaray" yenidən oynayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real" yay fasiləsində keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqibləri müəyyənləşdirməyə başlayıb. Fanat.az xəbər verir ki, "Kral Klubu" ilk yoxlama oyununu "Qalatasaray"a qarşı keçirəcək. Bu barədə İspaniyanın "Marka" qəzeti xəbər yayıb. Xəbərdə deyil ki, "Real" 22-24 iyul tarixlərində iki sınaq matçı keçirmək niyyətindədi. İlk rəqib isə "Qalatasaray" olacaq. Oyun İstanbulda – "Türk Telekom Arena"da keçiriləcək. Digər rəqib isə İspaniya və ya İngiltərə klubu olacaq.

Xəbərdə həmçinin bildirilir ki, "Real" Avropa qitəsindəki hazırlıqlarını bitirdikdən sonra – iyulun 28-də ABŞ-ın Los Anceles şəhərinə yollanaraq, turnirə qatılacaq. Turnirdə MLS liqasının 4 klubu iştirak edəcək.

Qeyd edək ki, "Real" "Qalatasaray"la Çempionlar Liqasının 1/4 final mərhələsində qarşılaşıb. Madriddə ispanlar 3:0, İstanbuldakı isə türklər 3:2 hesablı qələbə qazanıb.

Qaynar.info