İspaniya La Liqasının 11-ci həftəsində bir oyunda 10 qol vurulub.
Qaynar.info xəbər verir ki, öz meydanında "Real Madrid" "Sevilya"nı qəbul edib. Qarşılaşma "Real"ın 7-3 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada 10 qol, 3 penalti və 1 qırmızı vərəqə var idi.
Möhtəşəm futbol oynayan "Real Madrid" rəqibini darmadağın edib.
Kristiano Ronaldo oyunda het-trikə imza atıb. Qaret Bale və Kərim Benzema hərəyə iki dəfə fərqlənərək komandaya qələbə qazandırıblar.
Ronaldo bununla qol sayını 11-ə çatdıraraq bombardirlər siyahısında Dieqo Kosta ilə eyni yeri paylaşıb.
Qaynar.info