
Bu mövsüm həm Çempionlar Liqası, həm də La Liqada uğursuz çıxışı ilə yadda qalan "Real Madrid" şok transferə hazırlaşır.
Qaynar.info-nun məlumatına görə, İspaniyanın "El Mundo Deportivo" qəzeti ortaya müdhiş iddia atıb.
Qəzetin verdiyi xəbərdə "Real Madrid"in "Barselona" ilə ilkin razılaşma protokolu imzalayan neymarı ala bilmək üçün transfer əməliyyatına hazırlaşdığı və buna görə 120 milyon avroluq fantastik bir rəqəmə ödəmək niyyətində olduğu bildirilib.
"El Mundo Deportivo" "Real"ın prezidenti Florentino Perezin iki səbəbdən Neymarı istədiyini yazıb. Perezin həm Cənubi Amerikanın hazırda ən önəmli oyunçusunu heyətinə qatmağı, həm də əzəli rəqibi "Barselona"ya acıq verməyi planlaşdırdığını bildirib.
Təklif edilən 120 milyon avronun 80 milyonu "Santos" klubuna gedəcək.
Qaynar.info