
Madrid "Real"ının futbolçuları - Kriştianu Ronaldu və Serxio Ramos İspaniya klubunun prezidenti Florentino Peresə onları transferə çıxarmalarını xahiş edib.
Qaynar.info xəbər verir ki, bu haqda məlumatı İspaniyanın "El Çirinqito" telekanalı klubdakı mənbəyə istinadən yayıb.
Mənbə qeyd edir ki, hər 2 futbolçu İspaniya çempionatının XXVI turunun Madrid "Atletiko"su ilə 0:1 uduzduqları derbi matçından sonra şəxsən Florentino Peresə bu haqda müraciət ediblər.
Qeyd edək ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun yayda "Bavariya"yaya - ayrılacağı gözlənilən polşalı hücumçu Robert Levandovskinin yerinə gedəcəyi haqda məlumatlar yayılıb.
Qaynar.info