Xəbər lenti

"Repetitorla məktəb arasında müqavilə təlimlərin qiymətini artıracaq"
Ölkə08:55 07.12.2016

"Repetitorla məktəb arasında müqavilə təlimlərin qiymətini artıracaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva mətbuata açıqlamasında bildirib ki, gələcəkdə repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur.

Bəs repetitor müəllimlərlə məktəb arasındakı müqavilə nələri dəyişəcək? Bu qayda müəllimləri qane edəcəkmi?

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, repetitorlarla məktəblər arasında qeyri-qanuni ödənişləri var idi və yeni qayda həm məktəbin, həm də müəllimin xeyrinədir:

"Gözlənilən məsələ idi. Biz dəfələrlə bu məsələni qaldırmışdıq ki, repetitorlarla məktəblər arasında müqavilələr imzalanmalıdır. Onsuz da məktəblərdə məşğul olan müəllimlər qeyri-qanuni olaraq ödənişlər edirdilər. Ödənişlər ya uşaq sayına görə, ya da başqa üsullara görə müəyyən olunurdu. Bu ödəmələr artıq uzun müddət idi ki, mövcuddur. Əgər repetitorlarla məktəblər arasında müqavilələr bağlanarsa, bu artıq ödəmələrin qanuniləşməsi deməkdir. Düşünürəm ki, bundan məktəbin büdcəsi də qazanacaq. Və repetitor müəllimlər də bu tənələrdən qurtulacaq və vergi ödəyicisinə çevriləcək". 

"Repetitorlarla məktəblər arasında müqavilələrin olacağı təqdirdə təlimlərin keyfiyyətində və qiymətində dəyişikliklər olacaqmı" sualına ekspertin cavabı belə oldu:

"Maddi baxımdan təbii ki, əvvəlki qiymətlər olmayacaq. Düşünürəm ki, repetitor təlimlərinin qiymətində artımlar olacaq. Əvvəllər müəllimlər 30-100 manat arası təlim keçirdisə, indi bu məbləğlər də artacaq. Çünki müəllimin müqavilə əsasında ödənişləri var, müqavilə varsa, vergi ödəyicisi olacaq. Təlim keyfiyyəti isə aşağı ola bilməz. Təlim aşağı səviyyədə olarsa, uşaqlar dağılıb gedəcək. Bu səbəbdən keyfiyyətə təsir etməməlidir, ancaq ödənilən məbləğlərdə artımın olması gözləniləndir".

Pərvin Zeynal

Qaynarinfo.Az