Xəbər lenti

"Rio-2016"da uduzan məşhur boksçumuz karyerasını bitirir
İdman15:45 13.08.2016

"Rio-2016"da uduzan məşhur boksçumuz karyerasını bitirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Döyüşüm alınmadı. Özümü finalda görürdüm. İnanırdım ki, çempion olacağam. Yəqin ki, qismət deyilmiş”. 
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri boks üzrə Azərbaycan seçməsinin üzvü Albert Səlimov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibəsində deyib. 
Olimpiadadakı çıxışını yekunlaşdıran boksçu karyerasını bitirmək qərarına gəldiyini bildirib: “Mənə ümid bəsləyənlərin hamısından üzr istəyirəm. Hamıya təşəkkür edirəm. Düşünürəm ki, artıq karyeramı başa vurmalıyam. Dünənki döyüşdən sonra bu qərara gəlmişəm. Bunu emosiya ilə əlaqələndirmək lazım deyil. Mənim artıq 30 yaşım var. Nə baş verdiyini dəqiq deyə bilmərəm, amma psixoloji cəhətdən döyüşə tam hazır deyildim. Boks artıq mənim üçün keçilmiş mərhələdir. Bu barədə heç kimlə danışmaq istəyim yoxdur. Bundan sonrakı həyatıma gəldikdə isə, lazım gələrsə, bostanda da işləyib ailəmi dolandıracağam”.
Qaynarinfo.Az