Xəbər lenti

"Rusiya Qarabağ müharibəsinə müdaxilə etməyəcək" - rusiyalı politoloq
Ölkə19:15 23.11.2014

"Rusiya Qarabağ müharibəsinə müdaxilə etməyəcək" - rusiyalı politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya hərbi müdaxilə etməyəcək, yalnız diplomatik üsullarla müharibəni dayandırmağa çalışacaq”. 
Musavat.com-un məlumatına görə, bu sözləri tanınmış rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev erməni portalına müsahibəsində bildirib. 
Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. “Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək”, - deyə politoloq qeyd edib.   
Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib: “Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdu. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını qane edir, nə də İrəvanı”.
Qaynar.info