Xəbər lenti

"Rusiya və Azərbaycan milliləri birgə məşq keçsin" - Xandan təklif
İdman12:17 10.11.2016

"Rusiya və Azərbaycan milliləri birgə məşq keçsin" - Xandan təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın paytaxtı Moskvada olan karate üzrə 5 qat dünya çempionumuz Rafael Ağayev yerli federasiyanın rəhbərliyi ilə görüşüb.

Qaynarinfo.Az xəbər verir ki, Rusiya Karate Federasiyasının prezidenti Sergey Tsoy ötən ay Avstriyanın Lints şəhərində keçirilmiş dünya çempionatının qalibi olması münasibəti ilə onu təbrik edib.

Bu görüş zamanı karatenin Tokio Olimpiadasının proqramına salınması və dünyada bu idman növünün inkişaf perspektivləri müzakirə olunub. Rafael bildirib ki, 2020-ci il Olimpiya Oyunlarında qızıl medal qazanmaq üçün mübarizə aparacaq.

Həmin federasiyanın vitse-prezidenti Viktor Xan isə Rusiya və Azərbaycanın karate millilərinin birgə məşq keçməsini təklif edib. Rafael Ağayev belə şəraitdə iştiraka razılığını bildirib.

Qaynarinfo.Az