
Futzal üzrə dünya çempionatının keçiriləcəyi Kolumbiyada bir sıra tədbirlər keçirilib.
Qaynarinfo.az xəbər verir ki, oyunların bəzilərinin keçiriləcəyi Bukaramanqa şəhərində mundialın rəsmi maskotu təqdim olunub. Bu, ayı maskotudur.
Bundan başqa, oyunların keçiriləcəyi 3 şəhərin loqoları təqdim olunub. Həmçinin biletlərin satışa buraxıldığı elan edilib.
FİFA-nın Futzal üzrə meneceri Xayme Yarza çıxış edib. O, Azərbaycanın ilk dəfə dünya çempionatında iştirak edəcəyini vurğulayıb: "Şəxsi nöqteyi-nəzərdən mən həqiqətən bütün fanatları dünya çempionatı matçlarına gəlməyə dəvət etmək istəyirəm. Baxmayaraq, biz hələ bütün iştirakçı komandaları bilmirik, ancaq artıq söz verə bilərik ki, maraqlı yarış olacaq. Braziliya, İspaniya, İtaliya, Rusiya və İran kimi güclü komandalardan başqa, Azərbaycan da turnirdə debütant kimi iştirak edəcək. Vyetnam da əvvəl futzalda heç vaxt dünya çempionatına çıxmamış ölkədir. Oyun səviyyəsi çox yüksək olacaq və stadionlarda iştirak edənlər bundan çox həzz alacaqlar".
Qeyd edək ki, dünya çempionatın sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək.
Qaynarinfo.az