
Azərbaycanın 21 yaşadək futbolçularda ibarət millisinin (U-21) dünən Rostovda Rusiyadan olan həmyaşıdları ilə bərabərə qaldığını (2:2) bilirsiniz.
Qaynar.info xəbər verir ki, hər 2 komandanın baş məşqçisi oyun sonrası keçirilən mətbuat konfransında aşağıdakı fikirləri bildirib:
Nikolay Pisarev (Rusiya U-21-nin baş məşqçisi)
- Biz oyunun gedişatına nəzarət edirdik. Bilirdik ki, rəqib "2-ci nömrə" ilə hərəkət edəcək və bizə zəngin müdafiəni yarmaq lazım gələcək. Biz bunun üzərində işləmişdik, 2 dəfə rəqib qapısına yol da tapa bildik. Təəssüf ki, standard vəziyyətlərdən də 2 top buraxdıq. Biz hadisələrin belə dönüşünə hazır deyildik və bu da bizim problemdir. Bunu aydınlaşdıracağıq.
- İkinci hissənin lap əvvəlində buraxdığımız qol komandamızın planlarını nə dərəcədə qarışdırdı?
- Fasilədə biz danışdıq ki, öz xəttimizi davam etdirmək, cinahlarda aktiv olmaq, rəqibin müdafiəsini yarmaq lazımdır. Ancaq künc zərbəsi zamanı ötürmədən sonra qapımız önündə ilk təhlükəli an qol gətirdi. Əlbəttə, bu bir az planlarımızı pozdu. Ancaq bu, futboldur, belə şeylər də olur. İndi Almaniya ilə növbəti seçmə matça hazırlaşacağıq, vaxtımız çox deyil. Hazırda əsas məqsədimiz bərpa olunmaq, öz səhvlərimizi təhlil etmək və irəliyə doğru getməkdir.
- Matçın sifariş ərizəsinə heyətdə yeri gözlənilən bəzi futbolçular salınmamışdı. Onların yoxluğu nə ilə bağlı idi?
- Bu sual daha çox tibbi heyətə aiddir. Bəzi oyunçuların - Selixov, Mirançuk, Mullin və Kleşenkonun temperaturu qalxmışdı. Görünür, hansısa virus infeksiyasıdır, uşaqlar gözlənilmədən xəstəliyə yoluxdular. Bununla belə, Rusiyanın gənclər yığması 1-2 ayrı-ayrı futbolçudan güclü şəkildə asılı olmamalıdır. Hesab edirəm ki, onların əvəzinə meydana çıxan uşaqlar layiqli çıxış etdilər. Baxmayaraq ki, qələbə qazanmağa nail olmadıq.
Yaşar Vahabzadə (Azərbaycan U-21-nin baş məşqçisi)
- Bilirdik ki, bizi Rostov-na-Donuda çətin matç gözləyir, buna ciddi köklənmişdik. Şadam ki, heç-heçə oynadıq, səfərdə 1 xal qazandıq.
- Bu oyun üçün sizin hansısa xüsusi planınız vardı?
- Bəli. Biz "2-ci nömrə" ilə, əks-hücumlarda oynadıq. Rusiya yığmasını əks-hücumlarda tutmaq istəyirdik. Və 2 dəfə öz hücumlarımızı vurulan toplarda əks etdirməyə nail olduq.
- Rusiya yığması ilə ilk matçda siz böyük hesabla qalib gəlmişdiniz, ancaq bu dəfə yalnız heç-heçə oldu...
- Birincisi, biz səfərdə oynayırdıq. Bundan başqa, nəzərə almaq lazımdır ki, Rusiya yığmasında yeni məşqçi heyəti, yeni oyunçular var. Rəqibimiz çox motivasiyalı idi. Bizə çətin oldu. Meydan sahibləri üstünlüyə yiyələnmişdilər. Biz isə, təkrar edirəm, əks-hücumlarda oynamağa çalışdıq.
Qaynar.info