Xəbər lenti

"Samirdə hücum xəttinə uyğun gələn hər şey var" - Luka Elsner
İdman10:40 25.02.2016

"Samirdə hücum xəttinə uyğun gələn hər şey var" - Luka Elsner

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sloveniyada qış fasiləsi bu həftə sona çatacaq.

Qaynar.info xəbər verir ki, bu münasibətlə "Domjale" klubunun baş məşqçisi Luka Elsner siol.net saytının əməkdaşı Uroş İskraya komandası haqda məlumat verib.

O, heyətə qışda qoşulan 5 futbolçu haqda danışıb. Elsner bildirib ki, yenilərdən "Neftçi"dən gəlmiş Samir Məsimov və İtaliyanın "Parma" və "Kataniya" klublarının formasını geyinmiş serbiyalı Filip Yankoviçdən razıdır:

"Məsimovu, sözsüz ki, tanıyırdıq. O artıq bir neçə mövsüm idi ki, "Neftçi"də çıxış edirdi. "Neftçi" isə Azərbaycanda ən tanınmış klub sayılır. Samirdə hücum xəttinə uyğun gələn bütün hər şey var. O, rəqiblər üçün ciddi təhlükə yarada bilər. Eyni sözlər Yankoviçə də aiddir. Hər ikisinin kifayət qədər potensialı var".

Qeyd edək ki, "Domjale" bu həftə səfərdə "Krka" ilə qarşılaşacaq. Bu oyun fevralın 28-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qaynar.info