Xəbər lenti

"Seks videosuna baxanda onun ağlaması normaldır" - Vəkil
İdman16:00 29.06.2016

"Seks videosuna baxanda onun ağlaması normaldır" - Vəkil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu proses artıq 4 ildir ki, gedir. Berlin məhkəməsi istədiyi qərarı vermək üçün əlindən gələni edir. Amma müştərimə dəstək olanlar da var”. 

Qaynarinfo.az xəbər verir ki, bunu Almaniya mətbuatına açıqlamasında model Cina-Liza Lohfinkin vəkili Kristian Simonis deyib.

Azərbaycan yığmasının sabiq futbolçusu və Bakı "İnter"inin oyunçusu Pərdis Fərcad-Azadı təcavüzdə günahlandıran, lakin bu iddiası qəbul edilməyən Lohfink qarşı tərəfə şər atdığı üçün 27 min dollar məbləğində cərimələnməsindən narazıdır. Apellyasiya şikayəti verən modelin vəkili də Berlin məhkəməsinin qərarını haqlı saymır.

Məsələ ilə bağlı danışan Simonis müştərisinin tərəfini saxlayaraq, Fərcad-Azadın yalan danışdığını bildirib: “Hələ ki, heç nə sübut edilməyib. Həmin videonun 30 gün ərzində yenidən araşdırması olacaq. Pərdisin dedikləri absurddur, həqiqəti əks etdirmir. Berlin məhkəməsi hazırda araşdırmanı davam etdirir. Əgər hər hansı bir video insan üçün özəldirsə, onun publikaya buraxılmaması normaldır. Əgər publikaya buraxılırsa, deməli, məhkəmə onunla bağlı ölçü götürməlidir. Məhkəmənin sədri videonu görüb. Ancaq nədənsə düşünür ki, materialın yayılmasında ortaq maraq var. Bu isə tamamilə arsızlıqdır”.

4 ildir ki, uzanan proses avqustun 8-dək davam etdiriləcək. Simonis isə müştərisinin aqibətinin məhkəmənin vecinə olmadığını qeyd edib: “Lohfinkin vəkiliyəm və onun hüquqlarını qorumaq mənim borcumdur. Videoya baxanda ağlaması və zalı tərk etməsi normaldır. Çünki özünü narahat hiss etdi. Görünən odur ki, indiki məqamda heç nə məhkəmənin vecinə deyil”.

Qeyd edək ki, Cina-Liza Lohfinki 27 min dollar cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada günahlandırılan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seksi videoya çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.

Qaynarinfo.az