Xəbər lenti

"Şerif"dən azərbaycanlılara müraciət: “Təhqiri dayandırın!”
İdman11:43 21.07.2017

"Şerif"dən azərbaycanlılara müraciət: “Təhqiri dayandırın!”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şerif" azərbaycanlı azarkeşlərə müraciət edib. "Qaynarinfo" xəbər verir ki, Moldova klubunun rəsmi "Facebook" hesabında yerləşdirilən müraciətdə fanatlardan təhqiri dayandırmaq xahiş olunur:

“Hörmətli azərbaycanlı dostlar.

Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura “Şerif”in rəsmi səhifəsidir. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür”.

Qeyd edək ki, "Şerif"in "Qarabağ"a rəqib olması dəqiqləşəndən sonra bəzi azarkeşlər klubun rəsmi hesabında təhqir dolu şərhlər yazır. Ümumiyyətlə azarkeşlərimizin avrokuboklardakı rəqiblərimizin sosial media hesablarında qarşı tərəfi təhqir edən şərhlərinə tez-tez rast gəlinir.

Qaynarinfo.Az