Xəbər lenti

"Sıçyov "Neftçi"nin səviyyəsinə uyğun gəlmir" - Vəli Qasımov
İdman21:11 01.04.2016

"Sıçyov "Neftçi"nin səviyyəsinə uyğun gəlmir" - Vəli Qasımov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya millisinin və Moskva "Lokomotiv"inin sabiq hücumçusu Dmitri Sıçyovun karyerasını Bakı klublarından birində davam etdirəcəyi, həmin komandanın rəhbərliyi ilə 2 aylıq müqaviləyə razılaşdığı və maaşının aylıq 5 min dollar olacağı haqda xəbərlər yayılıb.

Qaynar.info xəbər verir ki, "azerisport" bu məsələ ilə bağlı "Neftçi"nin baş məşqçisi Vəli Qasımovun fikirlərini öyrənib. Sabiq futbolçumuz bu haqda belə deyib:

"Düzünü desəm, klubda belə məsələyə baxılmayıb. Ancaq əgər baxılıbsa belə, onda mənə sadəcə bu gəlib çatmayıb. Deyə bilərəm ki, hazırda o, futbolçu kimi "Neftçi"nin səviyyəsinə uyğun gəlmir".

Qeyd edək ki, 32 yaşlı futbolçunun son klubu icarə əsasında Qazaxıstanın "Okjetpes" klubu olub. O, yanvarın 31-dən sərbəst futbolçuya çevrilib. Azərbaycan futbol reqlamentinə görə, azad futbolçu istənilən vaxt bizim klublarla müqavilə bağlaya bilər.

Qaynar.info