Xəbər lenti

"Simurq" yarımcan "Bakı"ya da uduzdu
İdman14:08 02.10.2014

"Simurq" yarımcan "Bakı"ya da uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Topaz Premyer Liqasının I turundan təxirə salınmış oyun keçirilib. Fanat.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutan matçda paytaxtın eyniadlı təmsilçisi "Simurq"u qəbul qəbul edib.

Oyunda cəmi bir qol vurulub. Maliyyə böhranında olan və təcrübəsiz gənc futbolçuların ümidinə qalan "Bakı" avrokuboklara vəsiqəyə iddia edən "Simurq"u məğlub edib - 1:0. Matçın yeganə qoluna 35-ci dəqiqədə Nurlan Novruzov imza atıb.

"Simurq" 7 oyunda 9 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Bakı" isə aktivinə 4 xal yazıb və 9-cu yeri tutur.

Qeyd edək ki, I turun qalan oyunları avqustun 9-10-da keçirilib. "İnter" "Qəbələ"ni 4:0, "Araz Naxçıvan" "Neftçi"ni 3:0 hesabı ilə yenib, AZAL - "Xəzər Lənkəran" matçı 1:1 hesabı ilə başa çatıb. "Qarabağ" "Sumqayıt"ı 3:0 hesabı ilə udsa da, limit pozulduğuna görə texniki məğlubiyyət alıb.

Premyer Liqa
2014/15 mövsümü
I dövrə, I tur

2 oktyabr
Bakı - Simurq 1:0
Qol: Nurlan Novruzov, 35.

Qaynar.info