
Çexiyanın "Slovan" klubunun yarımmüdafiəçisi Eqon Vux "Qarabağ"la bu gün keçiriləcək oyun haqda müsahibə verib.
Qaynarinfo.Az xəbər verir ki, Çempionlar Liqasında "Qarabağ"ı kənarlaşdıran "Viktoriya"ya məxsus olan 25 yaşlı futbolçu bilgilərini paylaşıb.
- Siz "Viktoriya"dakı dostlarınızdan rəqib haqda informasiya öyrənmisiniz?
- Mən "Viktoriya"da olanda fasilə idi. Ancaq Limba ("Viktoriya"nın sol cinah müdafiəçisi David Limberskini nəzərdə tutur - red.) ilə bu haqda danışmışıq. O, “Qarabağ”la görüşdə hücuma necə keçmək gərəkdiyini söyləyib. Dedi ki, bu rəqibə qarşı ürək və başla oynamaq lazımdır. Onlarla oyuna rəqibin videosuna baxmazdan öncə də hazırlıqlıydım. İndi meydanda bunu göstərmək lazımdır.
- Sabiq komanda yoldaşlarının bu komanda ilə oyununa baxmışdınız?
- Baxmışam. Limba mənə deyib ki, orda oynayanlar güclü futbolçulardır. İstər Reynaldo, istərsə də digərləri çox səviyyəli oyunçulardır.
- Hər 2 səfər sizin üçün çox fərqli olacaq.
- Plzendə yaxşı oyun keçirdik. Ancaq Azərbaycandakı oyunda fərqli oldu. "Viktoriya" Bakıda da hücum etdi. Biz də belə oynamalıyıq.
- "Qarabağ" barədə nəyi daha qeyd edə bilərsiniz?
- Fikrimcə, "Qarabağ" kifayət qədər güclü rəqibdir. Ancaq biz qrupa xalla başlamaq istəyirik. Xüsusən istəyirik ki, onların yerində qələbə qazanaq. Qol vursaq, bu bizim üçün yaxşı olacaq. Açıq oyun çox vacibdir. Düşünürəm ki, onda bizim işlərimiz alınacaq.
Qaynarinfo.Az