Xəbər lenti

"Sovetski", "Kubinka", "Sirk"in ətrafı... - MÜSAHİBƏ
Ölkə10:50 26.06.2013

"Sovetski", "Kubinka", "Sirk"in ətrafı... - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev Bakıda aparılan və planlaşdırılan tikinti-söküntü işlərinə aydınlıq gətirib


Paytaxtın müxtəlif ərazilərində söküntü işlərinin aparılması, müəyyənməhəllələrdə evlərin sökülməsi planları ilə bağlı səslənən fikirlərsakinlərin narahatlığına səbəb olur. Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin şöbə müdiri Cahangir Qocayev “Kaspi”yə səslənən fikirlərə aydınlıq gətirməklə yanaşı,şəhərin Baş Planında nəzərdə tutulan layihələrdən də söhbət açıb.

2030-cu ilə qədər

- Böyük Bakının Regional İnkişaf Planı nə deməkdir?

-Bu plan Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabınaişlənir. Proqram, təbii ki, təkcə bizim mütəxəssislərin icrası iləreallaşa bilməz. Əvvəla, ona görə ki, bizim mütəxəssislərin təhsilisovet şəhərsalma prinsipləri əsasında qurulmuş təhsil proqramına uyğunvə işlədikləri mühit, şəhərsalma ilə bağlı məsələlər sovet sosialistbirgə yaşayış prinsiplərinə uyğun formalaşıb. Bizim ölkədə memarlıqfəaliyyəti ilə bağlı çoxlu sayda tanınmış insanlar olsa da, onlar əsasənhəcm memarlığı ilə bağlı püxtələşmiş mütəxəssislərdir. Şəhər memarlığıilə bağlı ixtisaslaşan memarlarımız çox azdır. Ancaq bir məsələ ortayaçıxdı ki, xarici mütəxəssislər bu sahədə nə qədər peşəkar olsalar da,mövcud vəziyyəti qiymətləndirmək üçün buna çox uzun müddət vaxtlazımdır. Onlar tenderlə seçilib buraya gələndə də məlum oldu ki, buməsələdə yerli mütəxəssislərin köməyindən istifadə etməyə məhkumdurlar.Bununla əlaqədar BBRİP-nin işlənməsi üçün koordinasiya təşkilatınıntapılması lazım idi. Belə qərara gəlindi ki, əsas lokomotiv ərazi Bakıolduğundan Bakı Dövlət Layihə İnstitutu koordinator kimi seçilsin. Buseçim çox uğurlu oldu. Çünki onun hazırladığı hesabat hətta DünyaBankının nümayəndələri tərəfindən də yüksək dəyərləndirildi. Eynizamanda, komitə planlaşdırma məsələləri ilə bağlı italyanmütəxəssislərə, iqtisadi məsələlərlə bağlı amerikalı mütəxəssisə,ekoloji məsələlərlə bağlı İspaniyanın xüsusi bir şirkətinə üstünlükverdi.

Bakı, Sumqayıt və Xırdalanın Baş Planı var. Amma indiyəqədər işlənilən Baş Plan təkcə prinsiplərinə görə yox, həm də ərazinöqteyi-nəzərindən bir-birindən fərqlənir. Bu ərazilər kompleks baxıştələb edirdi. Bu baxımdan, təqdim olunan sənəddə söhbət təkcə Bakıdangetmir. Bu, Bakıətrafı kəndləri, qəsəbələri, eyni zamanda Sumqayıt vəXırdalan şəhərlərini əhatə edəcək. Demək, bütövlükdə Abşeronu əhatə edənbir ərazi planlaşdırma sənədi olacaq.

- Plana əsasən hansı dəyişikliklər həyata keçiriləcək?

-Biz dəyişiklikdən əvvəl mövcud vəziyyəti qiymətləndirməliyik.Yadınızdadırsa, plan başlayar-başlamaz, paytaxtın başqa yerə köçürülməsiilə bağlı fikirlər vardı. Bakının öz potensialı axıra qədəröyrənilmədən, onun köçürülməsi fikrinin irəli sürülməsi yanlışdüşüncədir. Araşdırmalar göstərdi ki, nəinki Böyük Bakı dediyimiz ərazi,heç Bakı şəhərinin özünün də potensialı tam istifadə olunmur. ÇünkiBakı şəhərinin öz ərazisi və onun ətrafı azmərtəbəli evlərlə çoxyüklənib. İndikindən 5 dəfə artıq əhalini Bakıda yerləşdirmək və onlarüçün münasib şərait yaratmaq olar. Digər bir məsələ isə İnkişaf Planınınəhatə etdiyi ərazinin tərkibində çox böyük həcmdə vaxtilə sənayeməqsədilə istifadə olunan, amma əslində həm də bu məqsədlə istifadəsisəmərəli olmayan ərazilər var. Məsələn, mədən ərazilərində hasilat çoxcüzidir, ancaq ərazi yaşayış üçün yararlı deyil. Təəssüf ki, qaçqın,köçkün dalğası ölkəmizi bürüyən vaxt həmin mədən ərazilərinin bir xeylihissəsi insanlar tərəfindən fərdi ev tikmək yolu ilə mənimsənilib. Həttabəzi icra hakimiyyəti orqanları və bələdiyyələr bu işdə fəallıqgöstəriblər. Hətta onlar fürsətdən yararlanıb, insanların ərazininekoloji durumundan xəbərsiz olmasından istifadə edərək onlarınyerləşməsinə şərait yaradıblar. Təbii ki, bu, heç də rəhmdillikdən irəligəlməyib. Hətta onlardan müəyyən rüsumlar almaq yolu ilə də reallaşıb.İndi bu da ciddi problemə çevrilib. Bəlli olub ki, həmin ərazilərinsənaye təyinatından çıxarılması bu gün ən vacib məsələlərdən biridir.

- Söz düşmüşkən, nə üçün bizdə salınan parklar daha çox mərmərlə örtülür, yaşıllığa az fikir verilir?

-Bu, çox maraqlı məsələdir. Bizdə ərazi abadlaşdırılması ilə landşaftarxitekturasının qarışdırıldığı məqamlar var. Landşaft arxitektura milliarxitekturanın tərkib hissəsi olmalıdır. Yəni söhbət təkcə insanlarıngəzdiyi səthin mərmər və ya hansısa qiymətli daşla örtülməsindən getmir.Daha çox təbii iqlim mühitinin ekoloji cəhətdən yüksək olması haqdadüşünülməlidir. Bu baxımdan söküləcək ərazilərdə yaşıllıq salınmasınəzərdə tutulub. Həmin 1550 hektarlıq ərazi memarların təqdim etdiyikonsepsiyaya görə 2030-cu ilə qədər boz mühitdən yaşıl mühitəçevriləcək. Belə ki, «Sovetski»də boşaldılan ərazinin hamısınınyaşıllıqla örtülməsi nəzərdə tutulur. Sarayın arxasındakı Qış bulvarınıüzüyuxarı davam edərək Milli Dram Teatrının arxasının dayaşıllaşdırılması nəzərdə tutulub. Orada memarlıq nümunələrinisaxlamaqla canlı park yaratmaq mümkündür.

Hara abadlaşdırılacaq?

- Qaraşəhərin Ağ Şəhərə çevrilməsi layihəsi nə vaxt reallaşacaq?

-Hal-hazırda Qaraşəhərin daxilində mövcud olan sənaye müəssisələrininnisbətən cənuba köçürülməsi, Abşeronda sənaye müəssisələrininazaldılması nəzərdə tutulub. Böyük Bakının ərazisi təxminən 250-300 minhektar, təkcə Bakının ərazisi isə 210 min hektara qədər ərazi olacaq.Bunun təxminən yarısı Qaradağ rayonunun ərazisidir. Hazırda Qaradağın dabaşqa rayonlar kimi sənaye müəssisələri və əhali ilə təmin olunmasıəsas məsələdir. Qaradağ, Sumqayıt və Balaxanıda texnoparklarınyaradılması nəzərdə tutulub. Şəhərsalma həm də məşğulluq məsələsinitəmin etməlidir. Qaraşəhər zonasında ləğv olunan zavodların işçilərininyeni iş yerləri ilə təmin olunması məsələsi də gündəlikdə dururdu. Eynizamanda, köçürüləcək müəssisələrlə yanaşı, orada çalışan insanlarhaqqında da düşünmək lazım idi. Ona görə burada çox böyük yaşayışmassivinin salınması da zərurət kimi gündəlikdədir.

Bundan sonra,təbii ki, şəhərin inzibati bölgüsünə də baxmaq lazım gələcək. Çünkivaxtilə Xəzərətrafı zonanın kurort məkanına çevrilməsi planı olub. Həminideyanın yenidən dirçəlməsi planı öndə durur. Bakıətrafı kəndlərinindiyə qədər malik olduğu strukturu əsas saxlamaqla onların gələcəkinkişafını öz təbii axarına buraxmaq nəzərdə tutulub. Ola bilsin ki,hansısa boş ərazidə – Hövsanda, Dübəndidə və s. ayrıca şəhərcik salmaqmümkündür.

Bütün bunların fonunda şəhərdəki infrastrukturyeniləşməlidir. Bakının mərkəzində mövcud olan dəmir yolu vağzalındaxətlərin azaldılması nəzərdə tutulub. Yəni Bakının içərisinə çox saydasərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur. İki xəttsaxlanılarsa, bu, məqsədəuyğun olar. Bu da şəhərin içərisindəki ekolojiab-havanı yaxşılaşdırmaq məqsədi daşıyır. İndi bizdə ağızlarda tez-tez«hara söküləcək?» ifadəsi gəzir. Ancaq mən istərdim ki, bu fikir «haraabadlaşdırılacaq?» sözləri ilə əvəz olunsun. Yeni qəbul olunan məcəllədəabadlaşdırılma artıq çox vacib fəaliyyət sahəsi kimi öz əksini tapıb.Abadlaşdırma artıq hansısa icra qurumunun özfəaliyyəti kimi olmayacaq.Hansısa icra hakimiyyəti və ya bələdiyyə abadlaşdırma haqqında qərarqəbul edərkən bunu komitə ilə razılaşdırılmış şəkildə həyata keçirəcək.

- Müfəssəl Planlaşdırma Layihəsi hələlik hansı ərazilər üçün nəzərdə tutulub?

-İnkişaf Planı həyata keçirilən zaman tikinti fəaliyyətini dayandırmamaqməqsədilə Bakının mərkəzi hissəsinin – 1550 hektarlıq ərazisininMüfəssəl Planlaşdırma Layihəsi hazırlanır. Müfəssəl plan konkret ərazidəhansı hündürlükdə və ölçülərdə, o cümlədən hansı təyinatlı tikili olabiləcəyini göstərir. Bu, müəyyən mənada reqlament sənədidir. Bu ərazidə160-170 hektarlıq yaşıllıq, küçə və yolların sahəsinin 30-35 faizartırılması, həmin ərazidə tarixən formalaşan mədəni-memarlıq mühitininsaxlanılması vacib məsələdir. Çünki şəhərsalmada varisliyin gözlənilməsiçox vacibdir.

«Sovetski», «Kubinka» və “Sirk”in ətrafı

-Şəhərin müxtəlif ərazilərində - Xutorda, Babək prospektində evlərinsökülməsini Ağ Şəhər layihəsi ilə əlaqələndirirlər. Hətta Füzulimeydanındakı “Beşmərtəbə”nin də söküləcəyi deyilir.

- İkinöqsanlı fikir yayılıb. Biri azmərtəbəli evlərin, daha sonrabeşmərtəbəli evlərin sökülməsi ilə bağlı idi. Əvvəla, burada kütləvilikyoxdur. Sökülmə baş verəndə 16-mərtəbəli bina da sökülür. Məsələn,keçmiş “Karl Marks abidəsi” ərazisindəki 16-mərtəbəli bina kimi. Sökülməheç də mərtəbə ilə bağlı deyil. Söhbət panel beşmərtəbələrdən gedir.Onları söküb yerində yeni bina tikmək də olar, rekonstruksiya etmək də.Ümumiyyətlə, bir var infrastrukturun formalaşması ilə bağlı söküntüolsun, bir də var abadlaşma məqsədilə bağlı. İnfrastruktur yaratmaq üçünabadlaşma planı nəzərdə tutulan ərazinin biri “Sovetski”dir. O evlərsökülür ki, onlar yaşayış üçün normal şəraiti təmin edə bilmir vətəhlükəlidir. Yəni o ərazinin boşaldılması orada yaşıllıq salınmaqla,şəhərin gözəlliyini artırmaqla bərabər, daha çox həmin ərazidə yaşayaninsanlar üçün daha normal şəraiti təmin etmək məqsədi daşıyır. Babəkprospektində də infrastrukturla bağlı aparılan söküntülərdir.

- Konkret olaraq Bakıda yaxın vaxtlarda hansı ərazilərin söküləcəyi planlaşdırılır?

-Sökülmə planı olan ərazilər – «Sovetski», «Kubinka» və “Sirk”inətrafıdır. Ola bilər ki, bu ərazilərin sökülməsi 1 il, 5 il və ya 10ildən sonra baş versin. Əsas odur ki, bunlar planda var. İnkişaf Planıvə Baş Plan təsdiqlənəndən sonra onların reallaşması üçün müvafiqtədbirlər planı təsdiq olunacaq. Dəqiq müddəti yalnız onda demək olar.

- Keşlə qəsəbəsinin necə, sökülmək ehtimalı varmı?

-Hələ Keşlənin Müfəssəl Planı yoxdur. Hansı ərazinin belə planı varsa,yalnız onlar söküləcək. Bu plan da 2030-cu ilə ədər nəzərdə tutulur.Yeni abadlaşdırma layihəsi işlənəndə yerin altında dayanacaqlar danəzərdə tutulur. Ola bilsin ki, bəlkə, hansısa bir yeni təklif dəmeydana çıxsın. Ona da müvafiq yanaşmalar ola bilər.

- Sürüşmə zonaları ilə bağlı hansı işlərin görülməsi planlaşdırılır?

-Hansı ərazinin sürüşmə zonası olacağı Baş Planda öz əksini tapacaq.Ümumiyyətlə, sürüşmə və ya ekoloji cəhətdən çirklənmiş zonalar yaşayışüçün yasaq sayılan zonalardır. Amma elə zonalar var ki, onu qorumaqolur. O, sürüşmənin dərəcəsinə baxır. Ərazinin abadlaşması işlənəndə,eyni zamanda, ərazinin mühafizəsi ilə bağlı texniki həllər nəzərdətutulur. Sürüşmə zonasında ev tikmək olar, amma bu, çox baha başa gələr.Belə ki, binanın tikintisinə sərf olunan xərcdən dəfələrlə çox mühafizətədbirlərinə xərc çəkmək lazımdır. Əhmədlidə, Günəşlidə yağış suyununnəticəsində binalara yaxın ərazilərdə sürüşmə baş verdi. Çünki vaxtiləhəmin ərazilərdə sürüşmədən mühafizə məqsədilə nəzərdə tutulan mühəndisitədbirlər görülməyib. İşə qeyri-peşəkar yanaşmanın nəticəsində bəzənsürüşmə riski olmayan ərazidə də sürüşmə əmələ gələ bilər. Sürüşməzonalarına o qədər də ciddi təhlükəli zonalar kimi baxmaq olmaz. Buərazilərdə müvafiq mühəndisi tədbirlər görməklə dövriyyəyə cəlb etməkolar.

- Səhv etmirəmsə, Bakının Baş Planı bu ilin sonuna qədər hazır olmalıdır...

-Layihənin icra müddətinin 2013-cü ilə başa çatdırılması nəzərdətutulub. Ancaq Baş Planı işləyəndə, bizim aidiyyəti qurumlar – müvafiqicra hakimiyyəti orqanları bu prosesə daha çox seyrçi mövqe nümayişetdirdilər. Onlar iştirak etsəydilər, bu iş daha tez başa gələrdi. Bizmütəxəssislərin təklif etdikləri ideyaların üzərində dayandıq. Həmçininictimai müzakirə təşkil etdik. Burada memarlarımız çox fəal iştiraketmədilər. Hazırda həmin konsepsiyanın əsas göstəriciləri aidiyyətinazirliklərə, komitələrə və s. qurumlara göndərilir, onların təklifləriyenidən alınır. Ola bilsin ki, gələn ay konsepsiyanın rəsmi müzakirəsitəşkil olunacaq. Bundan sonra müvafiq dəqiqləşdirmə aparılıb təsdiqolunmaq üçün təqdim ediləcək.

Kaspi.az