Xəbər lenti

"Sovetski"dəki məscidin söküntüsü müvəqqəti dayandırıldı - (YENİLƏNİB) FOTO / VİDEO
Ölkə12:14 12.04.2017

"Sovetski"dəki məscidin söküntüsü müvəqqəti dayandırıldı - (YENİLƏNİB) FOTO / VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

16:14

"Sovetski"dəki məscidin sökülməsi ilə bağlı dindarlarla icra hakimiyyəti arasında gedən danışıqlar başa çatıb.

"Qaynar" istipress-ə istinadla xəbər verir ki, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev jurnalistlərə bildirib ki, söküntü müvəqqəti olaraq dayandırılıb.

Məscidin başqa yerə köçürülməsi gündəmdə olan məsələdir.

Onlar yeni məscidin tikilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlar üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra Bakı şəhər İcra hakimiyyəti məscidin tikiləcəyi yerlə bağlı qərar verməlidir.

15:10

Hacı Cavad məscidinin söküntüsü ətrafında yaranmış narazılıqla bağlı  Yasamal rayon İcra Hakimiyyətinin başçısı  İbrahim Mehdiyev "Sovetski"yə gəlib.

İstiPress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, tikintiyə etiraz edən dindarlardan 5 nəfəri icra rəsmisi ilə danışıqlara başlayıb. Danışıqlar yaxınlıqdakı hündürmərtəbəli binaların birinci mərtəbəsində aparılır.

"Qaynar"-ın yenicag-a istinadla verdiyi xəbərə görə, Baş nazirin müavini Yaqub Eyyubov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da ərazidədir.

Hazırda polis əməkdaşları məscid ərazisindən geri çəkiliblər.


12:28

"Qaynar"a verdiyi xəbərə görə, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri və icra başçısının özü də məscidə gələrək danışıqlar aparıb. Yekun olaraq bildirilib ki, məscidin sökülməsinə qərar verilib.

12:04

Bu dəqiqələrdə Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib.

"Qaynar"ın verdiyi xəbərə görə, məscidin içərisindən çıxmayan inanclı insanlar məscidin sökülməsinə qarşıdırlar. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar da var.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Qaynar.Az