Xəbər lenti

"Space” rəhbərliyi İlham Mirzəyevin verilişini bağladı
Ölkə12:34 16.04.2014

"Space” rəhbərliyi İlham Mirzəyevin verilişini bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İlham Mirzəyevin həbsi ilə əlaqədar onun aparıcı olduğu “Eiraf edin” verilişi bağlanıb”. 

Bunu “Aktual.az”a “Space”in kütləvi verilişlər departamentinin rəhbəri və İlham Mirzəyevin aparıcısı olduğu “Etiraf edin” verilişinin rejissoru İman Məcidov bildirib.

 Onun sözlərinə görə, İlham Mirzəyevin işdən azad olunması haqqında hər hansı bir qərardan məlumatsızdır: “Bu haqda bir məlumatım yoxdur, amma rəhbərliyin verilişi bağlamaq qərarından xəbərim var”. 

Xatırladaq ki, aprelin 12-də Nərimanov rayon məhkəməsində keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 ve 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. “Space”nin efirində “Etiraf” verilişi ilə məşhurluq qazanan teleaparıcı məhkəmənin qərarı ilə 2 aylıq müddətində həbs edilib. 

Onu da vurğulayaq ki, Aktual.az-ın əldə etdiyi məlumata görə, öncədən “Etibar edin”in 5-6 verilişi çəkilsə də, İlham Mirzəyevin gözlənilməz həbsi rəhbərliyi çaşqın duruma salıb. Telekanal rəhbərliyi efirə hazır olan verilişləri yayımlamaq qərarını qəbul edib. 

Qaynar.info