
Türkiyə Superliqasının III turunda keçirilən “Fənərbaxça” – “Bursaspor” oyunundan sonra maraqlı hadisə baş verib.
Qaynarinfo.Az saytının məlumatına görə, qonaqların müdafiəçisi Aziz Behiç matçdan sonra unudulub.
Məsələ burasındadır ki, qarşılaşmanın ardından “miks-zona”da jurnalistlərə müsahibə verən sol cinah oyunçusu oranı tərk etdikdən sonra komandanın avtobusunu tapa bilməyib. Avstraliya millisinin üzvünün klub rəsmilərinin yadından çıxdığı və avtobusun onu gözləmədən Bursaya yola düşdüyü məlum olub. Bir müddət “Şükrü Saraçoğlu” stadionunda gözləyən 25 yaşlı oyunçu daha sonra xüsusi avtomobillə avtobusa çatıb.
Qeyd edək ki, "timsahlar" ləqəbli “Bursaspor” səfərdə 1:0 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlində IV pilləyə yüksəlib.
Qaynarinfo.Az