Xəbər lenti

"Total" Xəzərdəki problemləri açıqladı
Ekonomiks07:39 23.11.2014

"Total" Xəzərdəki problemləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Üzən qazma qurğularının çatışmazlığı Xəzərdəki işlər üçün çətinlik yaradır. Qaynar.info "Trend"ə istinadən xəbər verir ki, bunu Bakıda "Neft-qaz həftəsi - 2014" konfransında Fransanın "Total" şirkətinin inkişaf üzrə meneceri Erik Mayer bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının operatoru olan "Total" qazma qurğularının olmaması probleminin həllinin müxtəlif variantlarını nəzərdən keçirir.
E.Mayerin fikrincə, Xəzərdə digər problem onun akvatoriyasına iri gəmilərin daxil olması və Volqa-Don kanalına keçidlə bağlı çətinlikdir.
Menecer bildirib ki, bütün bunların hamısı nəticədə bazarda çoxlu sayda podratçı şirkətlərin iştirak imkanlarını əngəlləyir ki, bu da o cümlədən “Total”ın iştirakı ilə reallaşdırılan iri layihələrin dəyərinə təsir edir.
Qaynar.info