
Türkiyənin "Trabzonspor" klubunun sabiq prezidenti Sadri Şenər 2011-ci ildə oyun alqı-satqısına görə tutularkən vəkillərinin FETÖ-çü olduğunu bildirib.
Qaynarinfo.Az xəbər verir ki, ona bu vəkillər dövlətin içinə sızmış paralel təşkilat tərəfindən tövsiyə edilibmiş:
"Bu vəkillər Əmniyyət Müdirliyinin vəkilləri idi. Bizə də tövsiyə edildi. Mən kimin FETÖ-çü olduğunu, kimin olmadığını anlaya bilmərəm. Təkrar edirəm. Biz o vəkillərlə çalışarkən FETÖ terror qruplaşması filan deyildi. Üstəlik, vəkillər də bugünkü kimi axtarılmırdı. Prokurorluqdakı ifadəmdə bunları müstəntiqə də izah etmişəm. Müstəntiq məni sorğulayarkən "O vəkillərə ödədiyiniz pullar Pensilvaniyaya getdi" dedi. Mən də o vaxt "Cənab müstəntiq, əgər pullar ora getdisə, gedib geri alaq" dedim, zarafatlaşdıq. Kimə nə qədər ödədiyimizin qəbzləri də var".
Qeyd edək ki, 1992-1994 və 2008-2013-cü illərdə "Trabzonspor"un prezidenti olmuş 2011-ci ilin iyulun 3-də açılan iş üzrə tutulsa da, 200 min lirə qarşılığında sərbəst buraxılmışdı. Avqustun 25-də isə onun barəsində çıxarılan ölkədən kənara çıxmaq qadağası aradan götürülüb və bəraət alıb.
Qaynarinfo.Az