
Türkiyənin "Trabzonspor" klubunun yeni stadionu "Akyazı"ya Azərbaycanın SOCAR şirkətinin adı verilə bilər.
Qaynar.info xəbər verir ki, bunun üçün Trabzon klubu hazırda Turkcell, Samsung, SOCAR və Emirates kimi böyük şirkətlərlə danışıq aparılır.
Danışıqlar hələ ötən aydan aparılır. Çünki bu məlumatlar ötən ay da Türkiyə mətbuatında yer almışdı. Hətta deyilənə görə, Koreyanın Samsung firması daha tanınmış olsa da, bu məsələdə ən çox pul verən SOCAR-dır. Türkiyənin özündə də stadionun adının qardaş ölkə şirkətinin adının verilməsi məsləhət bilinir.
"Trabzonspor" isə hazırda UEFA-nın Maliyyə Feyr-Pleyi ilə bağlı kluba verəcəyi qərarı gözləyir. Məhz bundan sonra sponsorun kimliyi ictimaiyyətə açıqlanacaq.
Yeri gəlmişkən, bu məsələ ilə bağlı SOCAR-la da əlaqə saxladıq. Ordan bu xəbəri nə təsdiq, nə də təkzib etdilər.
Qaynar.info