Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi 11-ci turda səfərdə "Saypa"nın qonağı olub.
Son turda "Sepahan"la 1:1 bərabərə qalan "Traktor Sazi" bu görüşdə qələbə qazanmaqla liderliyini möhkəmləndirmək niyyətində idi ki, bunu da bacarıb.
Matçın 12-ci dəqiqəsində Mohsen Delirin vurduğu qol Təbriz klubuna minimal hesablı qələbə qazandırıb - 1:0.
12 sentyabr
İran çempionatı, 11-ci tur
"Saypa" - "Traktor Sazi" - 0:1
Qol: Mohsen Delir, 12 (0:1)
Qaynar.info