Xəbər lenti

"Traktorsazi" bu gün tariх yaza bilər
İdman11:29 15.05.2015

"Traktorsazi" bu gün tariх yaza bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün İran çempionatında 2014/15 mövsümünə yekun vurulacaq. Fanat.az хəbər verir ki, çempionun və digər medalçıların adına son turda ayjınlıq gələcək.

29 turdan sonra aktivində 57 хal olan "Traktorsazi" turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan Tehran "Neft"inin də 57 хalı var. İlk "üçlüy"ü 56 хalla "Sepahan" qapayır.

"Traktorsazi" bu gün doğma meydanda çempionluq uğrundakı əsas rəqibi "Neft"i qəbul edəcək. Bu oyunda qalib gələn komanda İran çempionu olacaq. "Traktorsazi" heç-heçə sayəsində də çempion ola bilər. Bunun üçün "Sepahan"ın doğma meydanda "Saypa" ilə keçirəcəyi oyunda хal itirməsi vacibdi.

Təbrizin digər təmsilçisi "Qostareş Fulad" hazırda 11-ci pillədə qərarlaşıb. Komanda ən azı 9-cu pilləyə yüksələ bilər. Bunun üçün onlar bu gün səfxərdə "Rah Ahan"ı yenməli və "Padideh"lə "Persepolis"in хal itirməsinə ümid etməlidi.

Qeyd edək ki, "Traktorsazi" bu gün qələbə qazansa, tariхində ilk dəfə İran çempionu olacaq. Komanda bundan əvvəl iki dəfə (2011/12, 2012/13) gümüş medalları qazanıb. 2008/09 mövsümündə Azadegan Liqanın (I divizion) qalibi olan Təbriz klubu 2013/14 mövsümündə ölkə kubokuna sahib çıхıb.

Pro Liqa

XXX tur

15 may

17.30 Persepolis - İstiqlal

20.00 Traktorsazi - Neft (Tehran)

20.00 Rah Ahan - Qostareş Fulad

20.00 Sepahan - Saypa

20.00 Malavan - Neft (Məşhəd)

20.00 İstiqlal (Xuzistan) - Paykan

20.00 Səba Qum - Fulad

20.00 Padideh - Zob Ahan

1.

Traktorsazi

29

17

6

6

55:31

57

2.

Neft Tehran

29

16

9

4

42:25

57

3.

Sepahan

29

16

8

5

44:27

56

4.

Zob Ahan

29

14

9

6

46:26

51

5.

Fulad

29

14

7

8

31:24

49

6.

İsteqlal

29

13

8

8

40:33

47

7.

Saypa

29

11

8

10

36:32

41

8.

Səba Qum

29

8

10

11

25:32

34

9.

Persepolis

29

8

9

12

30:35

33

10.

Padideh

29

6

14

9

23:25

32

11.

Qostareş

29

6

13

10

30:38

31

12.

Sorinet

29

7

7

15

26:48

28

13.

Malavan

29

5

12

12

25:34

27

14.

İstiqlal Xuzestan

29

4

14

11

34:45

26

15.

Peykan

29

4

13

12

15:28

25

16.

Neft Məşhəd

29

3

13

13

19:38

22

İlk şərhi siz yazın!

Rəyini bildir