Xəbər lenti

"Tribuna uşağı" ağır xəstəliyə düçar olub
İdman14:15 26.10.2016

"Tribuna uşağı" ağır xəstəliyə düçar olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbolun bəzəyi azarkeşdir. Azarkeşsiz futbol kimə gərəkdir? 

Ölkəmizdə də futbolun pik həddə olmamasına birbaşa səbəb azarkeş sıxıntısının olmasıdır. Klublarımızı kifayət qədər azarkeş tribunadan dəstəkləmir. Amma yox da deyil. Hər bir klubumuzun müəyyən kütləsi var ki, daim sevdiyi komandasının yanında olur. Bunu özünə borc bilir.

Belə adlardan biri də, çoxlarının tanıdığı "Neftçi"li Müsəllimdir. Müsəllim ağır xəstəliyə düçar olub. Bu səbəbdən də sevdiyi komandasının son oyunlarına da gələ bilmir. Amma xəstəlik heç də sağalmaz deyil. Sadəcə Müsəllimə maddi dəstək lazımdır.

Belə azarkeşlər təkcə klub üçün, klubun futbolçu heyəti üçün deyil, ölkə futboluna yaxından-uzaqdan əlaqəsi olan hər kəs üçün dəyərli olmalıdır. Dəyərlinin isə dəyərini sağlığında gərək biləsən. AFFA, bütün futbol klublarımızın rəhbərləri, futbolçuları, azarkeşləri yumruq kimi birləşib dəstək olsalar, Müsəllim tezliklə sağalıb ayağa qalxar. Ayağa qalxar ki, o ayaqlar onu sevdiyinə aparsın. Doğma millisinə, doğma "Neftçi"sinə, doğma tribunasına!

Qeyd edək ki, dünən "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Qarabağ" matçında meydan sahiblərinin azarkeşləri də Müsəllimə maddi kömək göstərilməsi məqsədilə banner açıb.

Qaynarinfo.Az