Xəbər lenti

"Turan Tovuz"dan 11 yaşlı Uğura dəstək - FOTO
İdman13:53 22.11.2016

"Turan Tovuz"dan 11 yaşlı Uğura dəstək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Turan Tovuz" futbol klubu xərçəng xəstəliyindən əziyyət çəkən 11 yaşlı Uğura dəstək göstərib.

Qaynarinfo.Az-ın verdiyi məlumata görə, futbolçu olmaq arsuzu olan 11 yaşlı Uğur Seyidəliyev klubun məşqinə dəvət olunub. 

Xərçəng xəstəliyindən əziyyət çəkən və müalicə üçün Rusiyaya yollanacaq Uğur komandanın məşq prossesinə qatılıb. Uğur burada məşqçi və futbolçu heyyəti ilə tanış olub. Daha sonra 11yaşlı Uğura klubun forması, şərfi və top həddiyə olunub. 

Qeyd edək ki, “Turan Tovuz” futbol klubunun növbəti ev oyununda "Uğur bizim olsun!" adlı xeyriyyə aksiyası təşkil olunacaq və əldə olunacaq gəlir Uğurun müalicəsinə sərf olunacaq.

Pərvin Zeynal

Qaynarinfo.Az