Xəbər lenti

"Türkiyə yaxşı komandadır, ancaq İspaniya ondan da yaxşıdır" - Visente del Boske
İdman08:01 16.06.2016

"Türkiyə yaxşı komandadır, ancaq İspaniya ondan da yaxşıdır" - Visente del Boske

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Visente del Boske Türkiyənin "Fanatik" qəzetinə müsahibə verib.

Qaynarinfo.az xəbər verir ki, del Boske 2004/05 mövsümündə "Beşiktaş" klubunda çalışdığından, Türkiyə futbolu haqda məlumatlı olduğunu xəbər verib: 

"Türkiyədə keçirdiyim zamana və hələ davam edən münasibətlərimə görə türk futbolu haqda çox şey bilirəm. Fatih Terimi də yaxından tanıyıram. Amma bunu yetərli saymadıq. Təbii ki, heyətimizlə birlikdə son durumunuz haqda ətraflı analizlər də etdik".

65 yaşlı çalışdırıcı sabahkı İspaniya - Türkiyə oyunu haqda isə bunları bildirib: "Arda Turanı sadəcə mən deyil, artıq bütün dünya tanıyır. Ancaq bilirəm ki, Türkiyə sadəcə Ardadan ibarət deyil. Gənc və istedadlı oyunçularınız var. Futbolu həvəslə oynayırlar və bu çox vacib məsələdir. Nəticə olaraq Türkiyə yaxşı bir komandadır, ancaq İspaniya ondan daha yaxşıdır. Qələbə qazanıb qrupdan çıxmağı təmin etmək istəyirik".

Qaynarinfo.az