
Dünən "My Video TV"də Fransada keçiriləcək Avropa çempionatına həsr olunan "Futbol Dalğası” verilişi canlı yayımda efirə gedib.
Qaynarinfo.az xəbər verir ki, aparıcı Araz Əhmədov və ekspertlər Mehman Süleymanov və Fizuli Məmmədovla yanaşı, proqramda "Qaynarinfo” saytının idman redaktoru Səbuhi Tofiqoğlu iştirak edib.
Çempionlar liqasının finalı, yığmamızın yoldaşlıq görüşləri haqqında söhbət açılan proqramda iyunun 10-da start götürəcək Avropa çempionatında komandaların şansları da dəyərləndirilib.
Qeyd edək ki, "Futbol Dalğası” verilişi hər həftənin bazar ertəsi, "My Video TV"də saat 18:30-da yayımlanır.