
Bu gecə saat 00:30 radələrində Bakının Binəqədi rayonunda 2 dost naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 8-ci mikrorayonda, “Çuda Peçka”nın yanında baş verib.
Belə ki, 20 yaşlı Yadulla Səmədov və Tural Mirzəyev bıçaqlanıb. Yadulla boynundan, Tural isə döş qəfəsindən bıçaq zərbəsi alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.