Xəbər lenti

"Veysəloğlu"ndan oğurluq edənlərə hökm oxundu
Ölkə12:16 16.08.2013

"Veysəloğlu"ndan oğurluq edənlərə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanınmış şirkətdən oğurluq etməkdə ittiham olunan Salyan sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev barəsində hər birinə 9 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

İttihama görə, təqsirləndirilən şəxslər 2011-ci ilin avqustun 7-də "Veysəloğlu" MMС-nin Salyan şəhəri 20 Yanvar küçəsindəki filialının müdiri Bəhruz Talıbovun iş otağındakı seyfdən 100737 manat pulu oğurlayıblar.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Salyan sakinləri Elvin Yüzbaşov və Hafiz Xudaverdiyev 2012-ci ilin iyulun 2-də həbs olunublar.

Qaynar.info