Xəbər lenti

"Xəzər Lənkəran" 6 oyunçunun adını sifariş edir
İdman11:47 02.09.2015

"Xəzər Lənkəran" 6 oyunçunun adını sifariş edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FİFA tərəfindən "Xəzər Lənkəran"a qoyulan transfer qadağası 2 gün əvvəl başa çatıb. Bu üzdən komanda etdiyi yeni transferləri Azərbaycan Premyer Liqasının IV turundan etibarən oynada biləcək. 

Klubdan Qaynar.info-ya verilən məlumata görə, bu üzdən cənublular PFL-ə 6 oyunçusunun adını təqdim etməyə hazırlaşır. Bunlar Ruslan Abışov, Vüqar Nadirov, Rəşad Eyyubov, polşalı Pavel Kapsa, braziliyalı Dieqo Souza, fransalı Limam Seydinin adları PFL-ə təqdim olunacaq.

Yeri gəlmişkən, legioner futbolçulardan mərkəz yarımmüdafiəçisi Dieqo 4, əsli Seneqaldan olan hücumçu Seydi isə 88 nömrəli formanı geyinəcək. Qapıçı Kapsanın isə yeni forma nömrəsi hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Xəzər Lənkəran" transfer etdiyi Vaqif Cavadovu isə "Qəbələ"yə yanvara kimi icarəyə verib.

Qaynar.info