"Xəzər Lənkəran" tarixinin növbəti baş məşqçisinə qovuşub.Fanat.az xəbər verir ki, 1,5 illik müqaviləyə imza atan Mustafa Dənizli2004-cü ildə yaradılan Lənkəran klubunun tarixinə 11-ci baş məşqçi kimidüşüb.
Komandanı ən çox meydanaçıxaran mütəxəssis Ağasəlim Mircavadov olub - 119 oyun. Mirça Rednik 56,Rasim Kara 54 dəfə Lənkəran klubuna başçılıq edib. "Bakı" ilə oyundansonra istefa verən Con Toşak 30-cu matçından sonra ölkəmizi tərk etməkməcburiyyətində qalıb.
Yunis Hüseynov 24,Viktor Pasulko və Nazim Süleymanov 17, İqor Ponomaryov 15 dəfəkomandanın sükanı arxasında olub. Karles Bakes və Cüneyt Biçer isə buhəyacanı ən az yaşayan mütəxəssislərdi. İspan məşqçi 11, türk mütəxəssiscəmi 9 dəfə komandanın başında olub.
Başməşqçilərdən başqa daha 4 məşqçi bu vəzifəni müvəqqəti icra edib. Beləki, Emin Quliyev 5, Şenol Fidan 3, Hafiz Əliyev və dünən komandanıAZAL-la oyuna çıxaran Covanni Melkiorre 1 matçda baş məşqçini əvəzləyib.
"XəzərLənkəran"ın ən uğurlu baş məşqçisi Ağasəlim Mircavadovdu. Təcrübəlimütəxəssis komandayaya tarixinin ilk və hələlik son çempionluğunu,həmçinin iki dəfə Azərbaycan Kubokunu və "Birlik Kuboku"nu qazandırıb.Lənkəran klubu Mirça Rednikin rəhbərliyi altında ölkə kubokuna sahibçıxıb. Con Toşakın qəniməti isə Super Kubok olub.
Məşqçi | O | Q | H | M | T/F | Xal |
Ağasəlim Mircavadov | 119 | 69 | 32 | 18 | 212-87 | 239 |
Mirça Rednik | 56 | 28 | 19 | 9 | 73-45 | 103 |
Rasim Kara | 54 | 33 | 8 | 13 | 97-37 | 107 |
Con Toşak | 30 | 9 | 10 | 11 | 24-39 | 37 |
Yunis Hüseynov | 24 | 8 | 10 | 6 | 30-22 | 34 |
Viktor Pasulko | 17 | 9 | 7 | 1 | 21-8 | 34 |
Nazim Süleymanov | 17 | 9 | 4 | 4 | 30-11 | 31 |
İqor Ponomaryov | 15 | 7 | 4 | 4 | 27-12 | 25 |
Karles Bakes | 11 | 3 | 3 | 5 | 14-17 | 12 |
Cüneyt Biçer | 9 | 5 | 1 | 3 | 15-7 | 16 |
Emin Quliyev (icra edib) | 5 | 3 | 1 | 1 | 12-5 | 10 |
Şenol Fidan (icra edib) | 3 | 0 | 1 | 2 | 0-2 | 1 |
Hafiz Əliyev (icra edib) | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
Covanni Melkiorre (icra edib) | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
Fanat.az