Xəbər lenti

"Xəzər Lənkəran" fəaliyyətini bərpa edir - ŞAD XƏBƏR
İdman15:43 29.12.2016

"Xəzər Lənkəran" fəaliyyətini bərpa edir - ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq"
“Yayda “Xəzər Lənkaran” klubunun əsas komandası ehtimal var ki, öz fəaliyyətini bərpa etsin”. Bunu İstiPress-ə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu deyib. 
Onun sözlərinə görə, komanda bərpa olunsa əvvəlki kimi iddialı komanda olacaq: "Aprel-may aylarında dəqiqləşəcək. Qışdan öncə bu şans 20 faiz idisə, indi bu göstərici 60-a bərabərdi. Klub bərpa olunsa, rəhbərlik və sponsor əvvəlki kimi qalacaq. 100 faiz dəqiq olan şey varsa, o da klub fəaliyyət göstərəcəyi təqdirdə adını dəyişməyəcək və yenidən “Xəzər Lənkəran” kimi oyunlarını keçirəcək, borclarımız ödəniləcək. Komandamızın Premyer Liqadan, yoxsa 1-ci diviziondan mübarizə başlayacağını isə dəqiq deyə bilmərəm. Deyilənlər baş tutsa, “Xəzər Lənkəran” əvvəlki kimi iddialı komanda olacaq".
Qaynarinfo.Az