Xəbər lenti

"Xəzər Lənkəran" lerikli futbolçunu transfer etdi
İdman11:43 06.01.2014

"Xəzər Lənkəran" lerikli futbolçunu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Transfer çalışmalarını davam etdirən "Xəzər Lənkəran" klubu gənc futbolçu Orxan Əliyevi heyətinə cəlb edib.
 
Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Lerik rayonunda dünyaya gələn Orxan futbol karyerasına Rusiya Federasiyasında başlayıb. 2011-ci ildə Azərbaycanın U-17 millisinə dəvət alan forvard həmin il "Sumqayıt"a transfer olunub.

2,5 il ərzində bu klubun formasını geyinmiş Orxan "Xəzər Lənkəran"la 2 illik müqaviləyə imza atıb. Futbolçu artıq bu gündən etibarən komandanın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.

Qaynar.info