Bazar günü Topaz Premyer Liqasının V turuna yekun vurulub. Qaynar.info xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutub. AZAL öz meydanında "Xəzər Lənkəran"ı qəbul edib.
Uğursuzluq zolağından çıxaraq son turda qələbə qazanan "Xəzər Lənkəran" bu dəfə də qələbəni hədəfləmişdi. Con Toşakın komandasına əhval-ruhiyyəni qorumaq üçün bu görüşdən qələbə ilə ayrılmalıydı. AZAL isə turnir cədvəlinin ikinci pilləsinə yüksəlmək üçün 3 xal qazanmaq istəyirdi. İlk qolu matçın ilk dəqiqələrində vuran lənkəranlılar oyunda sevinən tərəf oldu - 1:3.