Topaz Premyer Liqasında VIII tura yekun vurulub. Qaynar.info xəbər verir ki, son oyun günündə "Xəzər Lənkəran" "Bakı"nı qəbul edib.
Oyun 4:0 hesabı ilə başa çatıb. "Xəzər Lənkəran"ın qollarına Alfred Sanko, Qalin İvanov, Elnur Cəfərov və Rauf Əliyev iza atıb. "Bakı"dan 70-ci dəqiqədə Elşad Manafov qırmızı vərəqə alıb.
"Xəzər Lənkəran" hazırda 11 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Bakı" isə 7 xalla 9-cu yeri tutur.
Qeyd edək ki, ilk iki gündə 4 matç baş tutub. "Neftçi" "Sumqayıt"ı 1:0, "Qarabağ" "Simurq"u 2:0 hesabı ilə yenib. "Araz Naxçıvan" AZAL-la 2:2, "İnter" "Simurq"la 0:0 hesablı heç-heçəyə razılaşıb.
Xəzər Lənkəran - Bakı 4:0
Qollar: Alfred Sanko, 34-pen. Qalin İvanov, 37. Elnur Cəfərov, 43. Rauf Əliyev, 79-pen.
Qırmızı vərəqə: Elşad Manafov, 70.
1 | İnter | 8 | 4 | 3 | 1 | 20:4 | 15 |
2 | Qarabağ | 7 | 4 | 2 | 1 | 11:6 | 14 |
3 | Neftçi | 7 | 4 | 1 | 2 | 6:7 | 13 |
4 | Sumqayıt | 8 | 4 | 0 | 4 | 10:11 | 12 |
5 | Xəzər Lənkəran | 8 | 3 | 2 | 3 | 9:6 | 11 |
6 | Qəbələ | 8 | 3 | 2 | 3 | 7:10 | 11 |
7 | Simurq | 8 | 3 | 1 | 4 | 9:8 | 10 |
8 | AZAL | 7 | 2 | 3 | 2 | 7:10 | 9 |
9 | Bakı | 8 | 2 | 1 | 5 | 6:19 | 7 |
10 | Araz N | 7 | 1 | 1 | 5 | 7:11 | 4 |
Qaynar.info