Xəbər lenti

"Xəzər Lənkəran"ın futbolçusu cəzalandırıldı
İdman12:34 23.04.2013

"Xəzər Lənkəran"ın futbolçusu cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XXVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

«Sumqayıt»la oyunun 31-ci dəqiqəsində «Xəzər Lənkəran»ın futbolçusu Camal Məmmədov, «Kəpəz»lə matçın 77-ci dəqiqəsində «Turan»ın oyunçusu Orxan İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Hər iki oyunçu 1 oyunluq cəzalandırılıb, klubları 100 manat cərimə edilib.

«Turan» «Kəpəz»lə, «Qəbələ» «Neftçi» ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.

Qaynar.info