Xəbər lenti

"Xəzər Lənkəran"ın həbsdəki azarkeşi azadlığa çıxdı
Ölkə18:07 12.05.2015

"Xəzər Lənkəran"ın həbsdəki azarkeşi azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdəki "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyev Şabran Rayon Məhkəməsinin qərarına əsasən azadlığa buraxılıb. Bu haqda "Eliko lezginçik" ləqəbli fanat özü "FutbolPress"ə məlumat verib: 
"Bir saata yaxındı azadlığa çıxmışam. Hazırda evdəyəm. Səhhətimdə heç bir problem yoxdu. Mənimlə maraqlanan hər kəsə təşəkkür edirəm". 
Bundan əvvəl isə həbs olunan digər iki azarkeş Rəfail Əkbərov və Aqşin Əkbərov da eyni yolla azadlığa çıxmışdı. Elçin Abdullayev isə dövlət başçısı tərəfindən əfv olunmuşdu. Adıçəkilən şəxslər 2013-cü ilin avqustun 25-də "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş vermiş insidentlə bağlı saxlanılmışdı.  
Qaynar.info