Xəbər lenti

"Xəzər Lənkəran"la "Kəpəz" bir xal qazandı
İdman19:11 16.08.2015

"Xəzər Lənkəran"la "Kəpəz" bir xal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu Topaz Premyer Liqasında II turun oyunları davam etdiriliи. Qaynar.info хəbər verir ki, ikinci oyun günündə daha iki matç baş tutub.
Əvvəlcə "Kəpəz"lə "Zirə" meydana çıхıb. Uzun fasilədən sonra Premyer Liqada keçiriləcək matç Gəncə klubunun doğma meydanda ilk matçı olub. Oyun 1:1 hesabı ilə yekunlaşıb. 73-cü dəqiqədə Şəhriyar Rəhimov hesabı açsa da, əlavə vaxtda fərqlənən İqor İvanoviç tarazlığı bərpa edib. "Kəpəz" ilk turda "Neftçi" ilə "sülh" (0:0) bağlamış, "Zirə" AZAL-ı yenmişdi (1:0).
Günün digər oyununda "Sumqayıt" "Xəzər Lənkəran"ı qəbul edib. Hesabı 10-cu dəqiqədə Bəxtiyar Həsənalızadə açıb. 37-ci dəqiqədə Elşən Rzazadə bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə başa çatıb. "Xəzər Lənkəran" ilk turda "İnter"ə qalib gəlmişdi (2:0), "Sumqayıt" "Rəvan"la "sülh" bağlamışdı (0:0).
Qeyd edək ki, iki oyun dünən keçirilib. "Qarabağ" "Rəvan"ı 2:1, "Qəbələ" AZAL-ı 2:0 hesabı ilə yenib. Turu sabah keçiriləcək "İnter" - "Neftçi" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, I tur
16 avqust
Kəpəz - Zirə 1:1
Qollar: Şəhriyar Rəhimov, 73 - İqor İvanoviç, 90+2.
Sumqayıt - Xəzər Lənkəran 1:1
Qollar: Bəxtiyar Həsənalızadə, 10 - Elşən Rzazadə, 37.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

2

1

1

0

4-2

4

2

Qarabağ

2

1

1

0

4-3

4

3

Xəzər Lənkəran

2

1

1

0

3-1

4

4

Zirə

2

1

1

0

2:1

4

5

Kəpəz

2

0

2

0

1-1

2

6

Sumqayıt

2

0

2

0

1-1

2

7

Neftçi

1

0

1

0

0-0

1

8

Rəvan

2

0

1

1

1-2

1

9

İnter

1

0

0

1

0-2

0

10

AZAL

2

0

0

2

0-3

0

 

Bombardir

Riçard Almeyda (Qarabağ) - 2.

Qaynar.info