Xəbər lenti

"Xorvatiyaya 0:6 uduzan yığmada çoxlu dəyişikliklər olub" - Prosineçki
İdman15:50 02.09.2015

"Xorvatiyaya 0:6 uduzan yığmada çoxlu dəyişikliklər olub" - Prosineçki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millimizin baş məşqçisi Robert Prosineçki bu gün Xorvatiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Qaynar.info-nun əməkdaşının da iştirak etdiyi mətbuat konfransında bu fikirlər səsləndirilib:

"Artıq 10 gündür ki, bir yerdəyik. Biz bilirik ki, sabah bizi çətin oyun gözləyir. Biz bu matça hazırıq. Komandanın məşq prosesindən razı qalmışam. Rəqibdən çəkinmirik. Mən başa düşə bilmirəm ki, hər mətbuat konfransında Nurlan Novruzovdan mənə niyə sual verilir. Siz Mancukiçin, Rakitiçin və Modriçin hansı klublarda oynadığını bilirsiniz? Mən sadəcə Nurlanı çağırıb onu Avroliqa matçları öncəsi sınamaq istəyirdim.

Əfran İsmayılovla bağlı problem var. Onunla bağlı qərarımı sonra verəcəyəm. Əzələsində problemlər vardı. Niko Kovaç start heyətini açıqlamasa da, mən açıqlayıram. Start "11-liy"imiz belə olacaq: Kamran Ağayev - Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Rəşad Sadıqov, Bədəvi Hüseynov - Qara Qarayev, Rahid Əmirquliyev - Dmiti Nəzərov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov. Əfranın isə oynaması sual altındadır".

Daha sonra Prosineçki Osiyekdəki 0:6 hesablı məğlubiyyətdən danışıb: "O komanda ilə indiki arasında çox dəyişikliklər olub. Malta ilə ev, Norveçlə ev oyununda komanda fərqli oyun göstərib. Bu dəfə fərqli oyun olacaq. Yaxşı nəticəyə ümid bəsləyirik. Osiyekdəki matçda komanda çoxlu səhvlər edib. İndi isə komanda özündə daha çox top saxlamağı, topa nəzarət etməyi bacarır". 

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlayacaq.

Qaynar.info