Xəbər lenti

"Yaxın vaxtlarda Əliyevlə Sarkisyanın görüşü olmayacaq" - Yerəvandan açıqlama
Ölkə05:50 28.10.2016

"Yaxın vaxtlarda Əliyevlə Sarkisyanın görüşü olmayacaq" - Yerəvandan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulmur.

Virtualaz.org-un Novosti Armeniya-ya istinadən məlumatına görə, bunu oktyabrın 27-də Ermənistan Milli Məclisinin sədr müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu qurumun icraçı orqanının iclasından sonra verdiyi aşıqlamasında deyib.

Onun sözlərinə görə, erməni tərəfinin Qarabağ məsələsində dəqiq mövqeyi var: “Hansı ki dəyişməyib və dəyişməyəcək".

““DQR” müstəqil dövlət olmalıdır və hər hansı statusda Azərbaycanın tərkibində ola bilməz ", - deyə E.Şarmazanov Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistanın konstruktiv danışıqlara hazır olmadığına işarə edib.

Qaynarinfo.Az