Xəbər lenti

"Yeni vəzifə təklifi almışam" - Misir Mərdanov
Ölkə06:06 22.04.2013

"Yeni vəzifə təklifi almışam" - Misir Mərdanov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq"

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a müsahibə verib. Sabiq nazir müsahibəsində vəzifəsindəngetmə səbəbləri və gələcək fəaliyyətinə dair suallarımızı cavablandırıb.

- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?

- Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən də cənab prezidentdir.  Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.

- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?

- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcəksiniz.

- Yeni təhsil nazirini tanıyırsınızmı?

- Bəli tanıyıram. Cavan oğlandır. Bizim Universiteti bitirib.

- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumiyyətlə, təhsildə islahatlar mümkündürmü?

- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.

Qeyd edək ki, Qaynar.info Misir Mərdanovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat İnstitutuna rektor təyin olunacağı barədə məlumat yaymışdı.

Qaynar.info