
Artıq səkkiz yaşını qeyd edən video paylaşım şəbəkəsi "Youtube" dünyanın ən böyük "video bankı" adını qazanıb.
Qaynar.info-nun məlumatına görə, aylıq 1 milyard ziyarətçi sayına malik olan "Youtube"a 1 dəqiqədə 100 saatlıq video yüklənir. Bu da saatda 6000, gündəlik isə 144 min saat video deməkdir.
Qeyd edək ki, 2005-ci ildə yaradılan "Youtube" cəmi 1 il yarım sonra Google şirkəti tərəfindən 1.65 milyard dollara satılmışdı.
Qaynar.info