Xəbər lenti

"Yuventus"un sabiq hücumçusu hakimin bacısını söyüb qovuldu - VİDEO
İdman10:40 12.09.2016

"Yuventus"un sabiq hücumçusu hakimin bacısını söyüb qovuldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mançester Yunayted", "Mançester Siti" və "Yuventus"un sabiq futbolçusu Karlos Teves növbəti dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qaynarinfo.Az saytının məlumatına görə, hadisə Argentina çempionatının II turu çərçivəsində baş tutan “Boka Xuiors” – “Belqrano” matçında yaşanıb.

“Boka Xuiors”un 3:0 hesabı ilə qələbə qazandığı görüşdə hesabı 33-cü dəqiqədə məhz Teves açıb. Bundan 3 dəqiqə sonra forvard kobud oyuna görə sarı vərəqə alıb. Hakimin qərarından narazı qalan Argentina millisinin sabiq üzvü az sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 

Sonradan məlum olub ki, 32 yaşlı Teves hakimin bacısının ünvanına təhqiramiz sözlər işlədib. Referi də məhz buna görə birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, “Boka Xuniors” 2 turdan sonra 3 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.

Qaynarinfo.Az