Avroliqanı qazandığı üçün birbaşa Çempionlar Liqasında oynamaq hüququ qazanan "Sevilya" bu gün tibbi baxışdan keçirdikdən sonra 30 yaşlı Fernando Lyorentenin keçidini rəsmiləşdirib.
Qaynar.info Andalusiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya yığmasının hücumçusu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Əvvəlcə Ramon Sançes Pisxuan adına stadiona icarə müqaviləsi bağlamaq üçün gəlsə də, danışıqların sonrakı gedişatından sonra Lyorentenin "Yuventus"la müqaviləsini pozduğu məlum olub. "Atletik"in yetirməsinin yeni müqaviləsində onun 20 milyondan avrodan az qiymətə satılmayacağı ilə bağlı bənd var. O, "Sevilya"da 24 nömrəli formanı geyinəcək. Artıq bu formalar satışa verilib.
Qeyd edək ki, Fernando Lyorente "Yuventus"da keçirdiyi son 2 mövsümdə 92 matça 27 qol vurub.
Qaynar.info