Xəbər lenti

"Zaqatala"lı futbolçuya 500 manat, zaqatalalı azarkeşə "57" - FOTO
İdman12:25 18.11.2016

"Zaqatala"lı futbolçuya 500 manat, zaqatalalı azarkeşə "57" - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün "Zaqatala" klubunun futbolçusu Emin Mehtiyev Peşəkar Futbol Liqası (PFL) tərəfindən mükafatlandırılıb.

Qaynarinfo.Az-ın Zaqatalaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, "Neftçi"nin sabiq futbolçusu ötən ay vurulmuş ən gözəl qolun müəllifi kimi PFL tərəfindən 500 manata layiq görülüb.

Bundan əlavə, "Zaqatala" klubunun rəhbərliyi "Ağsu" komandası ilə oyundan öncə tanınmış azarkeş İnqilab Soltanovu 57 yaşı olması münasibəti ilə təbrik edib. Zaqatalalı yaşlı azarkeşə 57 nömrəli forma bağışlanıb.

Qaynarinfo.Az