Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Belə ki, Bakının Xəzər rayonunda Səhiyyə Nazirliyinə məxsus, hazırda fəaliyyət göstərməyən “Zaqulba” sanatoriyasının ərazisində 16 ha sahədə quru ot və ağaclar yanıb. Sanatoriya binası yanğından mühafizə olunub.
Qaynarinfo.az bildirir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.